Icma.az
close
up
RU
Lökbatanda evlərin həyətləri sudan təmizlənir Video

Lökbatanda evlərin həyətləri sudan təmizlənir Video

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. 

Gununsesi.info xəbər verir ki, xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edir.

Paytaxtın elə əraziləri də var ki, orada xidmətin tullantı su şəbəkəsi mövcud deyil, hətta sakinlər göl qırağında məskunlaşıb və tullantı sularını həmin gölə axıdırlar. Nəzərə alsaq ki, həm qrunt suları və həm də intensiv yağışlar zamanı sular gölə toplanır. Nəticədə gölün səviyyəsi artır və sakinlərin həyətləri, evləri su altında qalır.

Belə ərazilərdən birində – Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən göllərdə bir neçə gün əvvəl intensiv yağışlar nəticəsində suyun səviyyəsi artıb. Qəsəbənin Birinci Massiv adlanan ərazisində bəzi mənzillər və həyətlər su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Evlərin yaxınlığındakı gölün səviyyəsini aşağı salmaq məqsədilə 2 ədəd 800 mm-lik, 1 ədəd 500 mm-lik təxliyyə xətləri və xüsusi suçəkən maşınlar vasitəsilə suyun çəkilməsi həyata keçirilir.

Bu barədə məlumat verən Qaradağ rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov bildirib ki, xüsusi texnikalar vasitəsilə göllər arasında əlaqə təşkil edən keçidlər təmizlənib, göldə su səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər davam etdirilir: “Bundan başqa Birinci Massivdə yerləşən həyət evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə yığılan yağış suları xüsusi texnikalarla çəkilərək kənarlaşdırılır. Hazırda da bu istiqamətdə tədbirlər görülür”.

Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri