Lökbatanda güclü küləyin aşırdığı dayanacaq nə vaxt yenilənəcək?
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fevralın 8-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivində güclü külək nəticəsində aşan və şüşələri qırılan dayanacaq hələ də yenisi ilə əvəz edilməyib.
Bu barədə Oxu.Az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, artıq iki aydan çox bir müddətin keçməsinə baxmayaraq, problem öz həllini tapmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ünvanda dayanacaq pavilyonu yaxın zamanda bərpa ediləcək:
"Güclü külək səbəbindən paytaxtın bir neçə ərazisində dayanacaq pavilyonları zərər görmüşdü. AYNA-nın əməkdaşları tərəfindən dayanacaq məntəqələrinə baxış keçirilərək zədələnmiş konstruksiyalar bərpa edilir, yararsız elementlər ərazidən götürülür. Pavilyonların bərpası istiqamətində təxirəsalınmaz işlər görülür".
Aygün Mirakif


