Icma.az
close
up
RU
Lökbatanda sel biabırçılığı Yağış bütün nöqsanları üzə çıxardı

Lökbatanda sel biabırçılığı Yağış bütün nöqsanları üzə çıxardı

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bu başlıq sizə mübaliğə kimi gəlməsin. Bu axşam Abşeron ticarət mərkəzinin qarşısındakı yolda gördüyüm vəziyyət məni xəyalən də olsa 10 il əvvəl səfər etdiyim Venesiyaya qaytardı.

Meyvəli bazarından təxminən 1 kilometr sonra, Abşeron  ticarət mərkəzinin qarşısındakı (Sədərək ticarət mərkəzinin arxası) yol sözün həqiq mənasında gölə dönmüşdü.

Buna görə də polis əməkdaşları yolu bağlayaraq avtomobilləri Abşeron  ticarət mərkəzinin ərazisindəki yola yönləndirirdi. Bu hissə hündürləşdirildiyi üçün su hələ gəlib ora çatmırdı. Müqayisə üçün deyim ki, su hərəkət edən ZİL-in təkərlərini örtmüşdü.

Yəni, bura minik avtomobili girsə faciə qaçınılmaz olacaqdı.

Bu yoldan hər gün istifadə edən sərnişin kimi bir daha təhlükənin səviyyəsinə əmin oldum. Belə bir böyük ərazidə yağış kanalizasiyası yoxdur. Halbuki, bu yolla dəniz arasında məsafə heç 5 kilometr deyil. Yağış kanalizasiyası olarsa belə göl yaranmaz. 

Hörmətli oxucu sual verə bilər ki, bəs nə üçün foto çəkməmisən?

Sadəcə olaraq ərazidə işıqlanma yox idi, mindiyim avtobusun şüşələri Xocəsən yolundakı gölməçələrdən sıçrayan su nəticəsində palçıqla örtülmüşdü. Belə bir şəraitdə peşəkar kamera belə, keyfiyyətli təsvir verə bilməzdi. 
Yolun işıqlandırılmaması da risk faktorudur. Əminliklə deyə bilərik ki, yol polisi ərazidə xidmət aparmasa, avtomobillər təhlükəsiz əraziyə yönləndirilməsə, ötən il

Bağırov körpüsündə baş verən faciə təkrarlana bilər. 
Yeri gəlmişkən, dəfələrlə çalaya düşən avtobusun asqı sistemi də şübhəsiz zərər görüb.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri