Icma.az
close
up
RU
Lolita nın nəşr macəraları...

Lolita nın nəşr macəraları...

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu il tanınmış yazıçı Vladimir Nabokovun məşhur “Lolita” əsərinin nəşrindən 70 il ötür.

Kulis.az bu münasibətlə Andrea Pitzerin “Vladimir Nabokov - Yazarın gizli tarixi” kitabından “Lolita” əsəri haqqında yazını təqdim edir.

Bir neçə nəşriyyatdan rədd cavabı alan Nabokova əsərində dəyişiklik etməyi belə təklif etmişdilər.

Nabokov isə əsərinə kimsənin qarışmayacağını söyləyincə, Amerika nəşriyyatları da “Lolita”ya əl vura bilməyəcəklərini bildirmişdilər.

Vladimir Nabokova şöhrət qazandıran bu roman – “Lolita” arvadından ayrılmış orta yaşlı Avropalı Humbert Humbertin azyaşlı qızlara duyduğu heyranlığı və cinsi ehtirasını anlatır.

Humbert uşaqlıq məhəbbəti Annabel Leyi xatırladan on iki yaşlı Lolitanı görəndə qarşısını ala bilmədiyi eşq macərasının qığılcımını yandırmış olur.
Nabokovun ən çox sevilən, ən çox tənqid edilən, ən çox səs gətirən romanı “Lolita” yazılma prosesindən çox, nəşr prosesi ilə müəllifi məşğul etmişdi.
Nabokov romanı tamamlayanda dövrünün çox-çox irəlisində duran cəsarətinin fərqində idi. Qarşılaşacağı çətinlikləri də az-çox görürdü. “Lolita”nın Amerikada qəbul olunması uzun çəkdi.
Nəşriyyatların romanla bağlı ciddi tərəddüdləri vardı. Onlar düşünürdülər ki, “Lolita”da təsvir edilən Humbertin daxili dünyasını kimsə anlamayacaq, onu sadəcə bədheybət adlandıracaqlar.
O dövrün ictimai şərtləri içində Humbertə haqq qazandıran, ona rəğbət bəsləyən hər kəs pis qarşılanacaqdı.
Nəşriyyatlar oxuduqları əsərin yüksək ədəbi dəyərə malik olduğunu qəbul etsələr də, onu nəşr etməkdən çəkinirdilər. Nabokovun amerikalıları rahat kreslolarından qaldıraraq onları narahat edəcək bir romanla meydan oxumasını qəbul etmirdilər.
Redaktorlar öz aralarında fikir ayrılığına düşmüşdülər. Roman çap olunsa belə, Humberti neçə nəfərin anlayacağı sualı hamını təşvişə salırdı. Bir neçə nəşriyyatdan rədd cavabı alan Nabokova əsərində dəyişiklik etməsi belə təklif olunmuşdu.
Bəzi redaktorlar kitabın pornoqrafik olmadığını, gizlədilməsinə ehtiyac duyulmadığını, əks halda gizlədilən romanın qadağan edilən romanla eyni taleyi paylaşacağını desələr də, digər tərəfi inandıra bilməmişdilər.
Uzun illərin zəhmətindən sonra üzə çıxardığı əsər üçün ümidini itirən Nabokova tənqidçi dostu Edmund Uilsonun həyat yoldaşı Elena Avropaya getməyi məsləhət görmüşdü.
O, Avropada bu cür kitabların çap qaydalarının daha rahat olduğunu, Lolitanı qəbul edəcək nəşriyyatların tapılacağını düşünürdü. Nabokov ümidlə Avropaya üz tutdu.
Fransada məşhur “Olympia” nəşriyyatının sahibi Girodias, yüksək ədəbi dəyərə sahib, lakin pornoqrafik əsər kimi qiymətləndirdiyi “Lolita”nı çap etməyə hazır olduğunu söylədi.
Nabokov Girodiasın təklifini qəbul etdi və beləliklə, Lolita Fransada ədəbiyyat dünyasına daxil oldu.
Londonda yayımlanan “Sunday Times” isə romanı “yolundan çıxmış saf pornoqrafiya” adlandırdı.
"Lolita"nın Amerika ilə tanışlığı əvvəlcə gizli yollarla baş verdi. Romanı gizlicə Amerikaya gətirməyə çalışanlar iki dəfə gömrükdə yaxalandılar. Ancaq kitaba göstərilən böyük maraqdan sonra Amerika nəşriyyatları Nabokovla danışıqlara başladılar.

Nabokov əsərinin pornoqrafik deyil, yüksək ədəbi dəyərə malik bir roman olduğunu vurğulayan bir önsöz əlavə etməklə nəşriyyatlarla barışdı. Uzun müddət gözlədiyi təsdiqin sevincini yaşayarkən, oxucuların anlamadığı məqamlar ortaya çıxdı.
Nabokovun Humbert kimi bir obraz yaratmaqda məqsədi sual altına alındı, bu obrazın təmsil etdiyi düşüncələr romanın taleyini dəyişdi. Roman gənc Amerikanı aldadan yaşlı Avropanı, yoxsa əksinə, yaşlı Avropanı pozan gənc Amerikanı simvolizə edirdi?
Özünü Humbertin yerinə qoyanlar doğrudanmı bədheybət idilər? Valideynlər qızlarının gözlərinin belə romanlarla açılmasını əxlaqdan kənar hesab edirdilər.
Nabokov isə tərəddüd içində qalanlara belə bir gözəl məsləhət verirdi: “Dəyərli oxucu özünü oxuduğu kitabdakı kişi və ya qadınla deyil, o kitabı quran, yaradan təfəkkürlə eyniləşdirir.”

"McDonalds" Pokemon reklamlarına görə qınaq hədəfi oldu "Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil? Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri