Icma.az
close
up
RU
Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? İginc iddia

Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir? İginc iddia

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qalmaqalları ilə mediada tez-tez gündəmə gələn Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir.

Özünü mediada zərərçəkən görkəminə verən Dilarə Bağırova adlı lombard (sələm) fəaliyyəti ilə məşğul olan şəxs indi də mediada ona qarşı çıxarılan məhkəmə qərarlarını arqument kimi gətirərək Ədliyyə nazirliyində son illər aparılan kadr və struktur islahatlarını şübhə altına alır.

Bir müddət öncə zərərçəkən-şikayətçi "imicində" mediada yenidən peyda olan Samirə Bağırova adın ın önünə "sahibkar" sözü yazdıraraq ona qarşı çıxarılan məhkəmə qərarını ədalətsiz-sifarişli sayır və bu qərarın arxasında birbaşa Ədliyyə naziri Fərid Əhmədivun dayandığını qeyd edirdi.

Dilrə Bağırovun naziri hədəfə alan şikayətində yazılır:

"Dilarə Bağırova 2019‑cu ildə Samirə Məmmədova (ad şərtidir - red.) tərəfindən təhqir edilməsi ilə bağlı xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. Bağırova sonradan Samirə Məmmədovanı bağışlayıb. Buna səbəb Samirə Məmmədovanın dünyasını dəyişməsidir.

Qeyd edək ki, Samirə Məmmədova dünyasını dəyişməmişdən əvvəl Dilarə Bağırovaya qarşı mülki iddia qaldırmışdı. Həmin iddiada o, Dilarə Bağırovadan girov qoyulan əşyaların geri qaytarılmasını tələb edib.

Şikayətdən aydın olur ki, girov müqabilində Samirə Məmmədova Dilarə Bağırovaya 47 000 manat borclanıb. Ekspertiza bəyannaməsində girov qoyulan əşyaların dəyərini 200 000 manat qiymətləndirib.

Samirənin vəfatından sonra onun hüquqi varisi kimi həyat yoldaşı Xalid Niyazov məhkəmə mübahisələrində iştirak edib.

Şikayət üzrə bir neçə dəfə məhkəmə baxışı keçirilib.

Nəhayət, Bakı Apellyasiya Məhkəməsi Xalid Niyazovdan 47 000 manatın Dilarə Bağırovaya, Bağırovadan isə girov qoyulan əşyaların Xalid Niyazova verilməsinə dair qətnamə çıxarıb".

Vətəndaşın məhkəmə qərarında da göstərildiyi kimi 200 min manatlıq qızıl zinət əşyasını qaytarmayan Dilarə Bağırova qeyri-qanuni fəaliyyətində firov götürüb faizə pul verdiyi 34 avtomobilə "həbs" qərarı çıxarılmasının arxasında Fərid Əhmədovun dayandığını qeyd edir.

"Qarşı tərəfin vəkili Muxtar Mustafayev nazirlə yaxın tanışıdır. Vəkil məhz bu yaxınlıqdan istifadə edərək icra orqanlarına təzyiq göstərib, onların məhkəmə qərarını icra etməsinə mane olub".

Maraqlıdır ki, faizə pul verən, vergi mükələfiyyəti şübhəli olan Dilarə Bağırovanın Ədliyyə naziri Fərid Əhmədova qarşı ittihamına nazirlik hələ ki, cavab verməyib.

Qeyd edək ki, Dilarə Bağırova bir neçə il öncə məşhur futbolçu Vaqif Cavadova yüksək faizə verdiyi pula görə gündəmə gəlmişdi. Həmin vaxt yenə də öz "üslübuna" sadiq qalan Dilarə Bağırova zərərçəkən-sahibkar imicində mediada Vaqif Cavadovu onun pulunu alıb qaytarmamaqda günahlandırırdı.

Faizə pul verən Dilarə Bağırovanın fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.

Xalqxeber.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri