Icma.az
close
up
RU
Lombard Xəyal ın məhkəməsində Elza Seyidcahan ifadə verdi

Lombard Xəyal ın məhkəməsində Elza Seyidcahan ifadə verdi

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.

Həmçinin o, investor cəlb etmək məqsədi ilə saxta sənədlər hazırlayıb, onlar öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıb. Onların qızılları müqabilində pul verib, vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı ala bilməyib. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurub.

İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər onlara qarşı sürülən ittiham üzrə özlərini təqsirli bilməyib.

Məhkəmə onlara bildirib ki, cinayət işi təqsirli bilinərlərsə, onları 10 ildən 14 ilədək məhkumluq həyatı gözləyir.

Zərərçəkmiş şəxs Xəyal Abdullayeva 561 min manat dəyərində mülki iddia irəli sürülüb.

Lakin dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə mülki iddianı geri qaytarıb. Rüsum ödənilməsi ilə proses ona izah edilib.

Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınan 85 yaşlı Narxanım Həsənova ifadə verib.

O, bildirib ki, təqsirləndirilən şəxslərə qızılı özü verib:

“Mən onlara qızıl verdim, bir köhnə qızıl saat, iki üzük idi. Onlara dedim ki, qaçmayacaqsız? Onlar da mənə dedi ki, “yox, qaçmayacağıq, tez yeriycəyik”. Qızıl müqabilində onlar mənə 3500 manat pul verdi. Mən pulu vaxtında və çox qaytarırdım. Lakin məndən gecikmə adı ilə 20 manat da əlavə aldılar. Qızılı sabah gəlib götürməyimi dedilər. Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar”.

Daha sonra bəstəkar, Əməkdar artist Elza Seyidcahan (Qasımova) ifadə verib.

O, bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib və ora onu anası aparıb:

“Anam əvvəllər də lombarddan kredit götürüb. Bəzi problemlərimiz var idi. Biz bununla bağlı televizaya da müraciət etmişdik. Ona görə lombarda müraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə 3 ayı keçdi. Mən də məcbur qaldım polisə müraciət etdim. Gördüm ki, tək zərərçəkən mən deyiləm. Mənə ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək”.

Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş şəxslər arasında əməkdar artist, bəstəkar Elza Seyidacahan (Qasımova), “Cümhuriyət” və “Cebhe.info”-nun redaktoru Elnarə Kərimova da var.

Təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. (APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri