Icma.az
close
up
RU
London Brüssel əməkdaşlığı baş tutsa...

London Brüssel əməkdaşlığı baş tutsa...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya Aİ-nin müdafiə fonduna çıxış əldə edəcək

Böyük Britaniya Avropa İttifaqı ilə müdafiə-təhlükəsizlik sahəsində münasibətləri genişləndirməyi planlaşdırır. Bu məqsədlə London Aİ-nin müdafiə fonduna çıxış əldə etmək məqsədilə danışıqlar aparmaq niyyətini açıqlayıb. Bu baş tutarsa Aİ və Böyük Britaniya Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində koordinasiyalı şəkildə birgə addımlar ata bilərlər.  “Politico” qəzetinin məlumatına görə, yaxın zamanda Birləşmiş Krallıq və Aİ Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) layihəsi çərçivəsində birgə silah alışı və istehsalı imkanlarını müzakirə etməyə hazırlaşır. Nəşr yazır ki, hazırda bu istiqamətdə  mühüm bir sazişin imzalanması üçün daha gərgin danışıqlara hazırlıq prosesinə qədəm qoyulub.

Qeyd edək ki, bu yaxınlarda Aİ-nin üzv ölkələri arasında Avropanın müdafiə-təhlükəsizliyinin təminatı, o cümlədən Avropanın hərbi sənayesini gücləndirmək üçün 150 milyard avro dəyərində fond yaratmaq ilə bağlı razılıq əldə olunub.

Zərurət nədən qaynaqlanır?

Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan” qəzetinə aşıqlamasında qeyd edib ki, Böyük Britaniya kollektiv Avropa müdafiə-təhlükəsizlik sisteminin bir parçası olmaqda maraqlıdır. “Ukrayna cəbhəsində proseslərin Rusiyanın lehinə dəyişməsi, o cümlədən ABŞ-ın hazırkı administrasiyasının Avropa ölkələri ilə trans-Atlantik münasibətlərə yenidən baxması nəinki Aİ-ni, həmçinin Böyük Britaniyanı müdafiə-təhlükəsizlik strategiyasında dəyişikliklərə vadar edir. Ümumiyyətlə, Aİ-nin üzv ölkələrinin birgə yaratdığı müdafiə fondu çox effektiv bir mexanizmdir. Bu, Avropa kontinentinin kollektiv hərbi müdafiə qabiliyyətinin güclənməsinə mühüm töfhə verəcək. Böyük Britaniyanın bu sistemə qoşulması isə həm Londona, həm də Aİ-yə bir çox üstünlüklər qazandıracaq. İlk növbədə Böyük Britaniya öz hərbi xərclərini Avropa ölkələri ilə bölüşəcək və birgə silah alışı, istehsalı həyata keçirəcək. Bundan başqa, hərbi-müdafiə sahəsində öz imkanlarını daha da artıracaq və Aİ ölkələrinin potensialını bölüşəcək. Eyni zamanda Aİ müdafiə fondunun vəsaiti hesabına Avropa kontinentində hava hücumlarını müəyyən edən müdafiə sistemləri quraşdırılan zaman Böyük Britaniyanın hava məkanı da bu müdafiə qalxanı altına alınar”.

Aİ nə qazanacaq?

Politoloq Tural İsmayılov isə qəzetimizə şərhində bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqının müdafiə fonduna çıxış əldə etməsi həm Aİ, həm də Böyük Britaniya üçün siyasi, iqtisadi və strateji nəticələr doğuracaq bir addım sayılır. Onun sözlərinə görə, bu, Aİ üçün kollektiv Avropa təhlükəsizlik arxitekturasını gücləndirmək imkanı yaradır. “Bu, Rusiya-Ukrayna münaqişəsi kimi geosiyasi təhdidlər fonunda Aİ-nin hərbi muxtariyyətini möhkəmləndirə bilər. Böyük Britaniyanın fonda qatılması Aİ-yə NATO ilə daha sıx əməkdaşlıq imkanı verir, çünki bu ölkə hər iki təşkilat arasında mühüm körpü rolunu oynayır. Bundan əlavə, Aİ-nin müdafiə büdcəsinə Böyük Britaniyanın maliyyə və texnoloji töhfələri layihələrin miqyasının genişlənməsinə münasib şərait yaradacaq, eləcə də Aİ-nin ABŞ-dan strateji asılılığının azalmasına kömək edəcək. Xüsusi bir məqamı da vurğulayım ki, Aİ daxilindəki bəzi ölkələr, xüsusən Fransa, bu əməkdaşlığı Avropa müdafiə sənayesinin liderliyini gücləndirmək üçün fürsət kimi görür. Lakin, Aİ-nin daxili siyasətində Britaniyanın təsirinin artması bəzi üzvlər arasında narahatlıq yarada bilər, çünki Brexit sonrası etimad məsələləri hələ də qalır”.

Böyük Britaniya Avropa lideri rolunda...

“Böyük Britaniya üçün isə Brexit sonrası Aİ ilə münasibətləri bərpa etmək adına mühüm bir addım sayılacaq. Qeyd edim ki, 150 milyard avroluq müdafiə fonduna çıxış Britaniya şirkətlərinə yeni iqtisadi imkanlar yaradacaq. Bundan başqa, Britaniya hərbi sənayesinin Aİ layihələrinə qatılması ölkənin qlobal təhlükəsizlik arenasında təsirini saxlamasına kömək edəcək. Siyasi prizmadan isə, bu, Böyük Britaniyanın Avropa təhlükəsizlik siyasətində yenidən söz sahiblərindən biri, bəlkə də birincisi olmasını təmin edə bilər,” - deyə T.İsmayılov əlavə edib. O qeyd edib ki, Böyük Britaniyanın NATO-dakı liderliyi ilə Aİ müdafiə fondu arasında balans saxlaması strateji diplomatik iradə tələb edir: “Bu əməkdaşlıq məsələn Avropa prizmasından baxdıqda, Rusiya kimi ortaq təhdidlərə qarşı vahid mövqe formalaşdırmaqda hər iki tərəfə fayda verəcək. Ancaq Böyük Britaniyanın fonda qatılmasının uzunmüddətli nəticələri Aİ ilə gələcək danışıqların şərtlərindən asılı olacaq”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri