London Kiyevə 1 milyard dollar köçürdü
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Britaniya hakimiyyəti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə geri qaytarılması üçün Ukraynaya 752 milyon funt sterlinq (təxminən 1 milyard dollar) tranş göndərib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Bu gün Ukraynaya 752 milyon funt sterlinqlik ödəniş göndərilib. Bugünkü ödəniş Böyük Britaniyanın üç ayrı tranşa bölünmüş 2,26 milyard funt sterlinqlik kreditinin ikinci hissəsini təşkil edir”, - deyə məlumatda bildirilir.
Məlumata görə, vəsait hava hücumundan müdafiə sistemləri, artilleriya silahları və avadanlıqların təmiri üçün ehtiyat hissələrinin alınmasına sərf olunacaq. Qeyd olunur ki, sonuncu tranş 2026-cı ildə köçürüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Aprel 2025 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















