London marafonunda rekord göstərici 60 min adam bitirdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
London marafonunda finişə çatanların sayına görə dünya rekordu qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, aprelin 27-də Böyük Britaniyanın paytaxtında baş tutan yarışı ümumilikdə 60 minə yaxın insan başa vurub. Bu, 2024-cü ilin noyabrında Nyu-York şəhər marafonunda müəyyən edilmiş əvvəlki dünya rekordunu üstələyib. Həmin vaxt finiş xəttini 55 646 nəfər keçib.
“The Guardian” London marafonunun direktoru Hyu Breşerə istinadən qaçışçıları dəstəkləməyə gələnlərin sayının da rekord olduğunu bildirib. Ümumilikdə bazar günü magistral yol boyu 800 minə yaxın insan düzülüb ki, bu da adi haldan 60 min nəfər çoxdur. Bu qismən havanın yaxşı olması ilə bağlı olub.
Qeyd edək ki, kişilərin yarışının qalibi keniyalı Sebastian Save (2 saat 2 dəqiqə 27 saniyə), qadınların yarışında isə efiopiyalı Tiqist Assefa (2 saat 15 dəqiqə 50 saniyə) qalib gəlib.
Bu mövzuda digər xəbərlər:London klubundan unikal göstərici
22 Oktyabr 2025 12:03
Bakı Marafonunda rekord
30 Aprel 2025 10:45
Tottenhem 60 milyonluq transferi bitirdi
29 Avqust 2025 07:30
London klubu ona görə 60 milyon avro
30 Avqust 2025 13:08
Kəbədə 500 min nəfərlə REKORD GÖSTƏRİCİ
10 Mart 2025 15:33
Baxış sayı:138
Bu xəbər 28 Aprel 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















