London nəhəngi ABŞ millisinin üzvünü heyətinə qatdı RƏSMİ
"Çelsi" ABŞ millisinin qapıçısı Qabriel Sloninanı geri qaytarıb.
Fanat.Az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti açıqlama yayıb.
20 yaşlı qolkiperin İngiltərənin üçüncü divizionunda çıxış edən "Barnsli"yə icarəsini vaxtından əvvəl dayandırıb.
Slonina bu mövsüm "Barnsli"nin heyətində 14 matça çıxaraq 24 qol buraxıb, iki görüşdə qapını təmiz saxlayıb. Qapıçı barmağından zədələndiyi üçün son iki oyunu buraxıb.
Futbolçunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" 20 yaşlı futbolçunun bazar dəyərini 4 milyon avro qiymətləndirir.
"Çelsi" 19 oyundan sonra 35 xalla Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir. İngiltərə çempionatının turnir cədvəlinə 45 xalla "Liverpul" başçılıq edir.
Mirağa