London Ukraynada atəşkəs üçün əməliyyat planları hazırlayacaq
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya hərbi rəhbərliyinin yaxın günlərdə Ukraynaya səfər edərək gələcək atəşkəsin tətbiqi üçün əməliyyat planlarının hazırlanmasına dəstək verəcəyini açıqlayıb. SİA “Telegraph”a istinadla xəbər verir ki, o, Britaniya müdafiə rəhbərliyinin fransız və alman həmkarları ilə birlikdə Avropa “təminat qüvvəsi”nin yaradılmasını müzakirə edəcəklərini bildirib. O, Avropanın Ukraynada gələcək sülh razılaşmasını dəstəkləmək üçün on illərdir görünməmiş miqyasda səfərbər olduğunu vurğulayıb.
Baş nazir, hazırkı dövrdə Rusiyaya təzyiqlərin azaldılmasının uyğun olmadığını da qeyd edib: “Biz sülh razılaşmasının dəqiq forması nə olursa olsun, onu həyata keçirməyə hazır olacağıq və Ukraynanın gələcək hücumlardan müdafiə olunması və qarşısının alınması üçün birlikdə çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Mart 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















