Londonda 4,5 milyon funt sterlinqlik tarixi malikanə yanaraq məhv olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 26 may, AZƏRTAC
Londonda 18-ci əsrə aid, II dərəcəli tarixi abidə statusuna malik olan “Hollybush House” adlı malikanə güclü yanğın nəticəsində tamamilə məhv olub.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, hadisə bazar ertəsi gecə saat 01:00 radələrində Londoun Barnet bölgəsində baş verib.
Yanğını söndürmək üçün əraziyə 70 yanğınsöndürən cəlb olunub. London Yanğın Xidmətinin məlumatına görə, yanğın nəticəsində malikanənin dam örtüyü, birinci və aşağı mərtəbəsi çöküb. 9 otaqlı, 4,5 milyon funt sterlinq dəyərində olan bu ev 2020-ci ildə alınıb və hadisə baş verən zaman təmir işləri aparılırmış.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:71
Bu xəbər 26 May 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















