Icma.az
close
up
RU
Londonda 50 mindən çox insanın qatıldığı marafondan FOTOLAR

Londonda 50 mindən çox insanın qatıldığı marafondan FOTOLAR

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 27 aprel, AZƏRTAC

Bu gün İngiltərənin paytaxtı Londonda 45-ci London Marafonu rəsmi olaraq start götürüb.

AZƏRTAC xəbər verir ki, marafon builki iştirakçı sayı ilə tarixə düşməyə hazırlaşır. Belə ki, təşkilatçıların məlumatına görə, 56 minə yaxın iştirakçı marafonun start xəttinə çıxıb. Onların arasında peşəkar idmançılar, xeyriyyə məqsədi ilə qaçanlar və ilk dəfə marafonda iştirak edənlər yer alıb.

Qrinviçdən başlayan və Londonun mərkəzinə, Mall küçəsinə qədər uzanan 26,2 millik (təxminən 42 kilometr) marşrut boyunca iştirakçılar paytaxtın ikonik məkanlarından keçirlər. “Tower Bridge”, “Big Ben” və Bukinqam Sarayı kimi tarixi yerlər marafonun ən yadda qalan məkanları arasında yer alır.

Təşkilatçılar bildirirlər ki, bu il London Marafonunu izləmək üçün küçələrə 750 minə yaxın tamaşaçı çıxıb. Onlar həm elit idmançıları, həm də müxtəlif xeyriyyə təşkilatları üçün vəsait toplayan minlərlə həvəskarı alqışlarla qarşılayıb.

Xatırladaq ki, ötən il Nyu-York Marafonunda 55 min 646 nəfər finiş xəttini keçərək rekord müəyyən etmişdi. Bu ilin Paris Marafonunda isə 56 min 950 nəfər start götürsə də, finişə çatanların sayı bu rəqəmi üstələyə bilməmişdi. London bu göstəricini həm iştirakçı, həm də finiş edənlərin sayı baxımından üstələməyi hədəfləyir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri