Londonda ABŞ səfirliyinə boya hücumu
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2022-ci ilin fevralında yaranmış Britaniyanın “Just Stop Oil” ətraf mühitin mühafizəsi üzrə təşviqat təşkilatının fəalları Donald Trampın seçkilərdəki qələbəsinə etiraz olaraq Londondakı ABŞ səfirliyinin lövhəsinə narıncı sprey boya püskürdüblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli məlumat paylaşıb.
“Qrup Donald Trampın qələbəsinin “adi insanların həyatını hər yerdə riskə atdığını” və bu seçkidə yeganə və “əsl qalibin” “həm ABŞ, həm də Böyük Britaniyada əsas partiyalara nəzarət edən korporativ güc” mərkəzi olduğunu bildirib.
“Demokratiya korporativ maraqlar və milyarderlər tərəfindən ələ keçirildiyinə görə insanların can atdığı dəyişikliyi təmin edə bilməyəcək” deyə qrup sosial şəbəkədə bildirib”, – o qeyd edib.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















