Icma.az
close
up
RU
Londonda Böyük Britaniya və Avropa İttifaqı arasında “Brexit”dən sonrakı ilk rəsmi sammit keçirilir

Londonda Böyük Britaniya və Avropa İttifaqı arasında “Brexit”dən sonrakı ilk rəsmi sammit keçirilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 19 may, AZƏRTAC

Böyük Britaniya və Avropa İttifaqı bu gün Londonda “Brexit”dən sonrakı ilk rəsmi sammit çərçivəsində bir araya gəlirlər.

AZƏRTAC xəbər verir ki, Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi görüş, Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunur. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaqdır. Danışıqlar nəticəsində əldə ediləcək mümkün razılaşmanın, “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Danışıqların əsas mövzuları müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliliyi asanlaşdıracaq mümkün proqram olacaq. Dauninq-strit danışıqları Böyük Britaniya və Aİ vətəndaşları üçün faydalı imkan adlandırıb. Verilən məlumata görə, ötən gecə saat 22:30 radələrində balıqçılıq hüquqları ilə bağlı danışıqlarda tərəflər arasındakı son maneələr də aradan qaldırılıb.

Britaniya və Aİ arasında balıqçılıq məsələsi xüsusilə önəmlidir. Bu sahə Böyük Britaniya ÜDM-nin cəmi 0,4 faizini təşkil etsə də, “Brexit” kampaniyasında əsas müzakirə mövzularından biri olmuşdu. Həmin dövrdə Britaniyanın müstəqil sahil dövləti olacağı vəd edilmişdi. Lakin 2020-ci il “Brexit” razılaşmasına əsasən, Aİ balıqçılarına Britaniya sularına çıxış hüququ verilib. Bu razılaşmanın müddəti 2026-cı ilin iyununda başa çatır və Fransa da daxil olmaqla bir neçə Aİ ölkəsi onun uzadılmasını istəyir.

Sammitdə yeni təhlükəsizlik və müdafiə paktının elan olunacağı da gözlənilir. Müzakirəyə çıxarılan digər əsas mövzulardan biri də Avropa Komissiyasının “Avropa üçün Təhlükəsizlik Təşəbbüsü” (SAFE) adlı yeni proqramıdır. Bu təşəbbüs çərçivəsində üzv dövlətlərə birgə müdafiə satınalmaları üçün kreditlər təqdim olunacaq. Böyük Britaniya müdafiə şirkətlərinin bu proqram çərçivəsində keçiriləcək tenderlərdə iştirak hüququ qazanmasını istəyir.

Qeyd edək ki, Britaniya Aİ-ni 2020-ci il yanvarın 31-də tərk edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri