Londonda dördüncü YAŞAT yay məktəbi başlayıb
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü "YAŞAT" yay məktəbi başlayıb.
Newscenter.az xəbər verir ki, 19 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yay məktəbinin iştirakçıları yola düşüblər.
14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
19 iyul-2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər.
Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
Layihənin media dəstəkçisi : ASAN Radio/ TV.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Londonda üçüncü YAŞAT yay məktəbi başlayıb
21 İyul 2025 14:29
Londonda YAŞAT yay məktəbi davam edir
28 İyul 2025 15:44
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda Fotolar
25 İyul 2025 17:40
Şəhid övladları üçün “YAŞAT” yay məktəbi Londonda davam edir FOTOLAR
31 İyul 2025 23:43
Londonda keçirilən “YAŞAT” yay məktəbinin iştirakçıları Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət ediblər
31 İyul 2025 22:56
Baxış sayı:144
Bu xəbər 20 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















