Londonda Fələstin səfirliyi rəsmi olaraq açıldı VİDEO
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin paytaxtı Londonda Fələstin Dövlətinin səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb.
Turkustan.az xəbər verir ki, bu hadisə Böyük Britaniyanın Fələstini müstəqil dövlət kimi tanımasından sonra atılmış mühüm diplomatik addım kimi qiymətləndirilir.
Səfirliyin açılışı münasibətilə keçirilən rəsmi mərasimdə Fələstin bayrağı binanın qarşısında ucaldılıb. Mərasimdə diplomatik korpus nümayəndələri, yerli rəsmilər və Fələstin icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmi şəxslər bu addımın Fələstin xalqının beynəlxalq aləmdə legitimliyinin və suveren hüquqlarının tanınması baxımından əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu bildiriblər. Səfirliyin açılması həm də iki ölkə arasında diplomatik münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Xatırladaq ki, İngiltərə Fələstini dövlət kimi tanıyan Avropa ölkələrinin artmaqda olan siyahısına son zamanlarda qoşulub. Bu tanınma beynəlxalq aləmdə Fələstinin siyasi statusuna dair dəstəyin genişləndiyini göstərir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Sentyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















