Londonda Fələstini dəstəkləyən mitinqdə 500 ə yaxın adam həbs edilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Londonda Fələstini dəstəkləmək üçün keçirilən aksiyada polis 500-ə yaxın adamı həbs edib, onlardan ən yaşlısının 89 yaşı var.
APA xəbər verir ki, bu barədə məlumatı London polisi yayıb.
Bundan əvvəl polis aksiyanın təşkilatçılarını Mançester sinaqoquna hücumdan sonra gücləndirilmiş təhlükəsizlik tədbirlərindən sonra hüquq-mühafizə resurslarının çatışmazlığı səbəbindən aksiyanı ləğv etməyə çağırıb.
Təşkilatçılar aksiyanı ləğv etməkdən imtina edərək bildiriblər ki, polis onları sadəcə həbs etməyə bilər.
“Londonun mərkəzində ictimai asayişin təmin edilməsi üzrə polisin bu gün keçirdiyi əməliyyat zamanı həbs olunanların ümumi sayı 492-yə çatıb. Həbs edilənlərin ən kiçiyinin 18, ən yaşlısının 89 yaşı var”, - polisin yaydığı məlumatda deyilir.
Bu şəxslərdən 488-i qadağan olunmuş təşkilata dəstək verdiyinə görə, qalanları isə digər cinayətlərə görə həbs edilib.
Ümumilikdə 297 nəfər həbsdədir, qalanları isə zaminə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Oktyabr 2025 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















