Icma.az
close
up
RU
Londonda hava limanının fəaliyyəti iflic oldu

Londonda hava limanının fəaliyyəti iflic oldu

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ən işlək hava limanlarından biri hesab edilən Londonun Hitrou hava limanı ötən gün ərazidəki elektrik transformator mərkəzində baş verən yanğın və ardınca yaranan fasilə səbəbindən bütün gün xidmət göstərə bilməyib.

Bizimyol.info xəbər verir ki, yanğın səbəbindən şəhərdə 16300-dən çox ev işıqsız qalıb, 1351 aviareys ləğv edilib.

Ləğv edilən reyslərdən təsirlənən sərnişinlərin sayının təxminən 290 min olduğu bildirilib. Açıqlamada bütün sərnişinlərə hava limanına getməmələri tövsiyə olunur: "Sərnişinlərimizin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün Hitrou 21 mart saat 23.59-a qədər bağlı olacaq" - deyə qeyd edilib.

Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Naziri El Miliband, transformator stansiyasının ehtiyat generatorunun da sıradan çıxdığını və Milli Şəbəkənin elektrik enerjisi ilə təmin etmək üçün əlindən gələni etdiyini söyləyib.

London Metropoliten Polisindən verilən yazılı açıqlamada, hava limanı yaxınlığında baş verən yanğınla bağlı istintaqın davam etdiyi, alovların nəzarət altına alındığı və polisin yanğının səbəbini müəyyən etmək üçün London Yanğınsöndürmə Qrupu ilə birlikdə çalışdığı bildirilib.

“FlightRadar24”ün sözçüsü Yan Petçenik də “Heathrow”un bağlanmasının bütün dünyada uçuşların pozulmasına səbəb olacağını söyləyib: “Bildiyimiz kimi, “Heathrow” dünyanın ən mühüm mərkəzlərindən biridir. Bu, bütün dünyada hava əməliyyatlarını pozacaq. Sərnişinləri böyük bir xaos gözləyir”, - deyə o qeyd edib.

Günün sonunda hava limanından edilən açıqlamada bəzi uçuşların təhlükəsiz şəkildə başladığı bildirilib. “Heathrow”un baş direktoru Tomas Voldbye də hadisəni: “Bu, görünməmiş bir vəziyyətdir. Daha əvvəl belə bir şey olmamışdı”, - deyə şərh edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri