Londonda minlərlə insan Trampa görə küçələrə axışdı Sadiq Xandan dəstək
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Londonda ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfərinə etiraz əlaməti olaraq keçirilən aksiyada minlərlə insan iştirak edib.
Globalinfo.az xəbər verir ki, London meri Sadiq Xan etirazçılara dəstək nümayiş etdirib.
Nümayiş Trampı dayandırın koalisiyası tərəfindən təşkil olunub. İştirakçılar baş nazir Keir Starmerin Trampı ikinci dəfə rəsmi səfərə dəvət etmək qərarından narazılıqlarını bildiriblər.
Qeyd olunur ki, müasir Britaniya tarixində heç bir xarici siyasi liderin səfərinə bu cür reaksiya sərgilənməyib.
Bir çox nümayişçilər əllərində Fələstin bayraqları tutaraq Qəzzaya dəstək şüarları səsləndiriblər və İsrailə silah tədarükünün dayandırılmasına çağırıblar.
Kral III Çarlzın Trampın başçılıq etdiyi Amerika nümayəndə heyətini qəbul etdiyi Vindzor qəsrinin qarşısında da paralel mitinq keçirilir. London meri Sadiq Xan etirazçılara dəstəyini ifadə edib.
“The Guardian” nəşrinin yazdığına görə, bu etirazlar baş nazir Keir Starmer üçün siyasi risklər yarada bilər. Onun mövqeyi artıq müavini Ancela Raynerin istefası və Böyük Britaniyanın ABŞ-dakı səfiri Piter Mandelsonun ölkədən getməsi ilə zəifləyib.
Əliyar Xəlil


