Londonda qadın bıçaqla insanlara hücum etdi Yaralılar var
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində yerləşən Kovent Qarden ərazisində baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb.
Bakıvaxtı.az “The Independent”ə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar 47 yaşlı qadın saxlanılıb.
Hadisə bu gün yerli vaxtla saat 12:29-da “Endell Street” qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və London hava təcili yardımı cəlb olunub. Hava təcili yardım helikopteri müdaxilə üçün Trafalqar meydanına eniş edib.
Polisin məlumatına görə, 34, 39, 42 və 52 yaşlı dörd kişidə bıçaq xəsarətləri ilə aşkarlanıb. Yaralılar tibb müəssisəsinə çatdırılıblar. Onların səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
İlkin məlumata əsasən, hadisəni törədənin psixi sağlamlıq problemi olub. Hadisə yerində qayçı aşkarlanaraq götürülüb. Araşdırma davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Avqust 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















