Icma.az
close
up
RU
Londondakı Azərbaycan məktəbində uşaqlara ana dili və milli dəyərlər aşılanır

Londondakı Azərbaycan məktəbində uşaqlara ana dili və milli dəyərlər aşılanır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün ana dilinin və milli kimliyin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (BEAS) bu istiqamətdə mühüm missiyanı yerinə yetirərək Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin gənc nəsillərə aşılanmasına töhfə verir.

Məktəbdə Azərbaycan dili və incəsənət fənnini tədris edən müəllim Nəzrin Qədimova AZƏRTAC-a müsahibəsində bildirib ki, əsas məqsəd uşaqlara ana dilini sevdirmək və onların Azərbaycan dilində sərbəst oxuyub-yazmalarına nail olmaqdır. “Bu gün sevinclə deyə bilərəm ki, uşaqlarımız Azərbaycan dilində sərbəst yazır və oxuyurlar. Onlara bu dərsi tədris etmək mənim üçün böyük fəxrdir. Uşaqların gündən-günə inkişaf etdiyini, dilimizə yiyələndiyini görmək qürurvericidir. Hesab edirəm ki, uşaqlarımız öz ana dilini hər zaman öyrənməli və yadda saxlamalıdır. Çünki bu, bizim milli ruhumuzdur və milli ruhu daim yaşatmalıyıq”,- deyə müəllim qeyd edib. O bildirib ki, məktəbdə ana dili ilə yanaşı, şahmat, Azərbaycan tarixi, mədəniyyəti, milli rəqslər və kulinariya dərsləri də tədris olunur.

Məktəbdə Azərbaycan rəqsləri və incəsənətindən dərs deyən Aytac Ağamalı isə vurğulayıb ki, xüsusilə xaricdə doğulan uşaqlar üçün Azərbaycanın milli dəyərlərini unutmamaq çox vacibdir. “Qarşıdan Novruz bayramı gəlir. Biz artıq bunun üçün rəqs proqramları hazırlayırıq, səməni düzəldirik və uşaqlarımıza Azərbaycanımızı tanıdırıq”, - deyə o əlavə edib.

Məktəbin həmtəsisçisi Səbinə Quliyeva bildirib ki, Britaniya Avropa Azərbaycan Məktəbində hazırda 2–12 yaş arası uşaqlar təhsil alır və dərslər həftənin bazar günləri keçirilir. “Səviyyələrə uyğun şəkildə təşkil olunan dərslər vasitəsilə məqsədimiz uşaqlara erkən yaşlardan Azərbaycan dilini, mədəniyyətini və milli dəyərlərini aşılamaqdır. Valideynlərin böyük marağı və dəstəyi bizi daha da ruhlandırır. İnanırıq ki, xaricdə böyüyən uşaqlarımızın Azərbaycanla bağlarını qoruyub saxlamaları üçün bu cür təhsil ocaqları çox vacibdir”, – deyə Səbinə Quliyeva vurğulayıb.

Müəllimlər göstərilən davamlı dəstəyə görə valideynlərə, icmaya və məktəbin fəaliyyətinə daim dəstək olan Tale Heydərova təşəkkür ediblər.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri