Icma.az
close
up
RU
Londonlular 40 dərəcə istidə kondisionerlərini sökməyə məcbur edilir: Səbəb nədir?

Londonlular 40 dərəcə istidə kondisionerlərini sökməyə məcbur edilir: Səbəb nədir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyada rekord istilər fonunda bəzi London ev sahibləri planlaşdırma və tikinti qaydalarına görə yaşayış evlərində quraşdırılmış kondisionerləri sökməyə məcbur olurlar.

Qaynarinfo ziare.com-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları kondisionerlərin karbon emissiyalarını artırdığını hesab edir və onların yalnız son çıxış yolu kimi istifadə edilməli olduğunu bildirir.

Bu yanaşma tikinti normalarının tərkib hissəsidir. Qaydalara əsasən, "aktiv soyutma" sistemlərinə yalnız bütün "passiv soyutma" üsulları tətbiq edildikdən və onların kifayət etmədiyi müəyyənləşdirildikdən sonra icazə verilməlidir. Passiv üsullara pəncərələrin açılması, təbii hava axınının təmin edilməsi və kölgələndirmə kimi tədbirlər daxildir.

Bu səbəbdən bəzi sakinlərə kondisionerlərdən istifadə etmək əvəzinə evin pəncərə və qapılarını açaraq təbii havalandırmadan yararlanmaq tövsiyə olunur.

Belə hallardan birində Londonun şimalında yaşayan ev sahibi binanın arxa hissəsində quraşdırılmış iki kondisioneri sökməyə məcbur olub. Apellyasiya baxışı zamanı ona mənzilinin birinci mərtəbəsindəki pəncərə və balkon qapılarını evin təbii ventilyasiyasını təmin etmək üçün açıq saxlamaq tövsiyə edilib. Təhlükəsizliklə bağlı narahatlıqlara cavab olaraq müfəttişlər riskin "o qədər də böyük olmadığını", gecə saatlarında isə pəncərələrin bağlana biləcəyini bildiriblər.

Başqa bir London sakininə isə planlaşdırma tələblərinə əməl etməsinə baxmayaraq, evində quraşdırılmış üç kondisioneri sökməsi barədə göstəriş verilib.

Kondisioner sistemləri üzrə mühəndislər bildirirlər ki, onlara Londonun müxtəlif yerlərində minlərlə funt sterlinq dəyərində, tam işlək vəziyyətdə olan qurğuların sökülməsi ilə bağlı müraciətlər daxil olur.

Londonun bəzi bələdiyyələri artıq kondisionerlərin istifadəsini ciddi şəkildə məhdudlaşdırmağa çalışır və onların yalnız zəruri hallarda tətbiqini dəstəkləyir. Məsələn, Kamden rayonunun yerli inkişaf planında qeyd olunur ki, kondisionerlərin istifadəsi təşviq edilməyəcək. Buna səbəb kimi onların enerji tələbatını artırması və yerli mikroiqlimin daha da istiləşməsinə təsir göstərməsi göstərilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri