Icma.az
close
up
RU
Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb

Londonun mərkəzində velosiped sürənlərin sayı 50 faizdən çox artıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Londonun mərkəzində velosiped sürən insanların sayı iki il ərzində 50 faizdən çox artıb. Bu, yeni velosiped yolları və stansiyasız velosiped kirayəsi sayəsində baş verib. Maliyyə rayonunda havanın keyfiyyəti də xeyli yaxşılaşıb.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, 2022-ci ildəki 89 min nəfər ilə müqayisədə 2024-cü ilin oktyabr ayında şəhərin əsas maliyyə rayonu olan Londonun tarixi mərkəzi - Kvadrat Mili boyunca hər gün 139 min insan velosiped sürüb.

“Reuters” agentliyinə görə, küçələrdə gün ərzində velosipedlər təxminən iki dəfə avtomobillərdən çoxdur.

Velosiped idmanının populyarlığının artması 2022-ci ildən avtonəqliyyat vasitələrinin hərəkətində 5 faiz azalma və regionda havanın keyfiyyətinin yaxşılaşması ilə üst-üstə düşdü: azot dioksid üzrə hədəf göstəricilərinin həddindən artıq yüksək olduğu yerlərin sayı 2019-cu ildəki 15-dən 2024-cü ildə ikiyə enib.

2003-cü ildən Londonda nəqliyyatın hərəkətinin azalması məqsədi ilə şəhərin mərkəzinə giriş ödənişi tətbiq edilir. Şəhərdə havanın keyfiyyəti son illərdə ümumiyyətlə yaxşılaşıb, bu, ətraf mühiti ən çox çirkləndirən nəqliyyat vasitələrindən ödəniş alan ultraaşağı emissiya zonası sayəsində baş verib.

Yeni yollar və marşrutlar, həmçinin şəhərdə istifadəsi 2022-ci ildən dörd dəfə artan stansiyasız velosiped kirayə sxemləri velosiped sürənləri həvəsləndirib. İndi şəhər küçələrində hər altı velosipeddən biri “Lime” və “Forest”dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri