Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Los Ancelesdə SSRİ bayrağı Bakıdan baxış

Los Ancelesdə SSRİ bayrağı Bakıdan baxış

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Partiya funksionerlərinə görə, bu, Trampın “Putinin adamı” olmasına, Amerikanın SSRİ kimi dağılmasına işarə ola bilər...

Artıq bir neçə gündür ki, Kaliforniyanın Los-Anceles şəhərində kütləvi iğtişaşlar başlayıb. Qeyri-qanuni mühacirlərin saxlanmasına qarşı keçirilən nümayişlər tez bir zamanda polislə toqquşmalara və yerli hakimiyyət orqanlarının qarşısını ala bilmədiyi iğtişaşlara çevrilib. Belə bir şəraitdə ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın şəhərə yeridildiyini elan edərək, baş verənləri qanuna və suverenliyə zidd iğtişaş adlandırıb.

Kaliforniya ştatında kütləvi etirazlara səbəb immiqrasiya siyasətinin sərtləşdirilməsi olub.

Qeyd edək ki, Los-Ancelesin əhalisinin üçdə biri miqrantdır. Etirazlarda hüquq müdafiəçiləri ilə yanaşı, Meksika və ABŞ-da fəaliyyət göstərən solçu radikal “Union del Barrio” qrupu da iştirak edib. Bunlar radikal üsullardan istifadə edərək Latın Amerikasından olanların hüquqları üçün mübarizə aparanlardır. Aksiya iştirakçıları arasında SSRİ bayrağı qaldıranlar da olub.

Rusiyalı politoloq Pavel Dubravski deyib ki, etirazların arxasında mütəşəkkil strukturlar dayanır: “Bunlar sol radikal qruplar və ya "Union del Barrio" ola bilər. Stil çox bənzəyir: kimsə polisə hücum edir və yenidən izdihamın arasında yox olur. Polis onu çıxarmağa çalışır və bu, başqalarına qarşı təcavüzə səbəb olur".

Ağ Ev etirazları milli təhlükəsizliyə təhdid hesab edir. Tramp da öz növbəsində vurğulayıb ki, əsas təhlükə miqrantların özləri deyil, iğtişaşları təşkil edən radikal sol qruplardır: “Təhrikçilər tərəfindən təşkil edilən və tez-tez fitnəkarlar tərəfindən həyata keçirilən bu cür solçu radikal etirazlara icazə verilməyəcək”.

Aksiyalar nə ilə nəticələnəcək?

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Ağ Evin sahibinin hələ seçki kampaniyası vaxtı verdiyi vədi indi həyata keçirdiyini bildirdi: “Əvvəla, Tramp hələ seçki təbliğatı vaxtı söyləmişdi ki, əgər hakimiyyətə gələrsə, immiqrasiya siyasətini sərtləşdirəcək. Yəni hazırkı gedişat, müşahidə edilən proses əslində gözlənilən idi və heç şübhəsiz ki, ABŞ Prezidentinin bununla bağlı öz əsaslandırmaları var. Sadəcə, məsələ burasındadır ki, Los - Anceles əhalisinin az qala üçdə biri miqrantlardan ibarətdir və sırf bu səbəbdən məlum icraat bir tək etirazlara deyil, həm də idarəçiliklə bağlı ciddi problemlərə gətirib çıxara bilər. Fikrimi daha dəqiq ifadə edim: Həmin miqrantlar həm də əmək qüvvəsidir, işçidir, vergi ödəyicisidir və ona görə də mövcud siyasət yürüdülərkən bəzi məqamlar mütləq nəzərə alınmalı idi. Təsəvvür edin ki, 7 saat ərzində 46 nəfər həbs olunub və yəqin ki, bunun yüz qatı qədər insana da xüsusi xəbərdarlıq edilib, eyni zamanda ölkədən çıxışla bağlı vaxt qoyulub. Həmin insanların içində isə bütün həyatını, ümidlərini, özünün və ailəsinin gələcəyini bu ştatla bağlayanlar var. Və onların öz yaşadığı məkandan uzaqlaşması, uzaqlaşdırılması təxminən intihara bərabər bir şeydir. Ümumiyyətlə, dünya praktikasında belə bir nümunə var ki, əgər ölkədə miqrant siyasəti bənzər şəkildə sərtləşdirilirsə, bu siyasət əsasən məlum qərardan sonrakı dövrə aid edilir və köhnələrə dəyilmir. Ya da bəlli kateqoriyalar müəyyənləşir. Amma bütün hallarda ABŞ-ın siyasəti necə, hansı formada yürütməsi, yürüdəcəyi onun öz daxili işidir və bu səbəbdən də bizə məsələni təftiş yox, sadəcə müzakirə etmək düşər”.

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə qeyd etdi ki, Tramp avtoritar idarəetməyə üstünlük verir: “ABŞ-da tam müstəqil olmasa da, məhkəmə hakimiyyəti, qismən azad media, xalqın iradəsi ilə formalaşan Konqres, vətəndaş cəmiyyəti institutları, müxalifət var. ABŞ həm də federal dövlətdir, ştatlar, federasiyanın subyektləri geniş səlahiyyətlərə malikdir. Ona görə Trampın onları ram etməsi çətin olacaq. İmpulsiv, qanunlara çox da hörmət etməyən və Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə, ABŞ-ı yenidən böyük olmaq yox, yox olmaq təhlükəsi gözləyir. ABŞ-ın çöküşündən bütün dünya əziyyət çəkə bilər. Kaliforniyanın Los-Anceles şəhərində kütləvi iğtişaşlar keçirilməsinə gəldikdə isə bu, Trampın qeyri-qanuni mühacirlərə elan etdiyi müharibədir. Bu, uzun illər ABŞ-a gəlib yaşayan, işləyən, ev-eşik sahib olan yüz minlərlə insanın hər şeyini əlindən almaq deməkdir. Tək Los-Ancelesdə 1 milyondan artıq miqrant var. Bu adamların artıq itirəcəyi heç nə yoxdur. Ona görə də tez bir zamanda polislə toqquşmalara və yerli hakimiyyət orqanlarının qarşısını ala bilmədiyi iğtişaşlara çevrildi. Bu cür addımları ilə Tramp cəmiyyətdə yaranmış mənfi imicini dəyişdirmək istəyir. Hətta ordu qüvvələrini cəlb etməklə, qətiyyətli prezident olduğunu göstərmək istəyir. Aksiyada SSRİ bayrağı təsadüf ola bilməz. Burada mesaj verilmiş olur. Trampın Putinin adamı olduğunu nümayiş etdirmək istəyirlər. Həm də demək istəyirlər ki, Amerika da SSRİ kimi dağıla, məhv ola bilər.

Tramp miqrantlara qarşı kəskin qərarlarından geri çəkilməsə, bu daha geniş və bütün ştatlara sirayət edən kütləvi aksiyalara gətirib çıxaracaq. İdarə olunmaz iğtişaşlar, talançılıq, ordu qüvvələri ilə aksiyaçılar arasında savaş başlayacaq. Xeyli sayda insan ölümünə səbəb ola bilər. Nəzərdən qaçırmayaq ki, Amerikada uzun illərdir silah satışı açıq formada davam edir. Onun üçün də unutmayaq ki, aksiyaçılar arasından da silahdan istifadə halları baş verə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see528

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see351

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see278

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see269

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see265

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see264

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see252

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see242

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see226

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see222

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see220

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see218

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see214

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see213

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see204

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see204

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see203

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see200

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see195

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri