Icma.az
close
up
RU
LosAnceles şəhərindəki yanğına görə azərbaycanlılar Bakıya qayıdır DETALLAR

LosAnceles şəhərindəki yanğına görə azərbaycanlılar Bakıya qayıdır DETALLAR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində meşə yanğını başlayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
"Pasifik Palisades" adlı nüfuzlu yaşayış massivindəki yanğın sahəsi 65 kvadratkilometrə çatır.
Yanğın nəticəsində 5 nəfər həyatını itirib. Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb.
Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. Qeyd edək ki, yanğınla əlaqədar Bayden İtaliyaya səfərini təxirə salıb və ərazidə fövqəladə vəziyyət elan edilib.
Bizim.Media modern.az-a istinadən xəbər verir ki, yanğın baş verən ərazidə yaşayan azərbaycanlılar da var. Onlardan bəziləri artıq ərazidən təxliyə edilib.
Los-Anceles sakini olan azərbaycanlı Aqil Qurbanov bildirib ki, Los-Anceles tərəfdən 15-20 min nəfər evakuasiya olunub:
"Yanğın geniş bir ərazini əhatə edib. Yanğın 3 tərəfdən başlamışdı, artıq 5-6 tərəfə yönəlib.
Əsas yanğın deyil, onun səbəb olduğu tüstünün verdiyi zərərverici qazlardır. Xüsusilə də 15-20 min nəfər Los-Anceles tərəfdən evakuasiya olunub. Hərə bir təfədə yaşayır. Buna görə də nə qədər azərbaycanlıya ziyan dəydiyi bilinmir. Hələ heç bir məlumat yoxdur. Evakuasiya olunanlar arasında azərbaycanlılar var. Dostlarımız, tanışlarımız var ki, zəng edib onlarla maraqlanırıq".
Aqil Qurbanov yanğınla əlaqədar artıq bir ailənin Bakıya qayıtdığını söyləyib:
"Telefonlara ərazidən evakuasiya barədə mesajlar yollanır. Məcburi evakuasiya olunma ilə bağlı mesaj olduqda artıq orada qalmaq mümkün deyil. Çünki bu, artıq dövlət tərəfindən göstərişdir.
"Evakuasiyaya hazır olun!" mesajı isə xəbərdarlıq xarakteri daşıyır. İkinci tip mesajda havada tüstünün və qaz həcminin çox olduğu qeyd edilir. Belə olanda insanlar ərazini tərk etmək istəyir ki, tıxaca düşməsinlər. Bir neçə azərbaycanlı ailə ərazidən evakuasiya olundu.
Daha doğrusu, onlara gələn mesajdan sonra özləri daha təhlükəsiz əraziyə köçdülər. Hətta, bir azərbaycanlı ailə Bakıya qayıtdı. Bu ailə onsuz da Bakıya qayıdacaqdı. Lakin yanğın onları narahat etdi və Bakıya uçuşu daha da tezləşdirdilər. Mənim yaşadığım ərazidə hələ evakuasiya ilə bağlı mesajlar gəlməyib, ona görə də hələ buradayam. Havada tüstünün həcmi çoxdur. Hava o qədər pis olmasa da, bunu hiss edirsiniz. Sanki Novruz bayramında Bakıda tonqal qalanıb və hər yerdən tüstü iyi gəlir".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri