Icma.az
close
up
RU
LosAnceles yanğınında evləri yanan Amerika məşhurları kimlərdir?

LosAnceles yanğınında evləri yanan Amerika məşhurları kimlərdir?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

8 yanvar tarixində ABŞ-ın Los-Anceles şəhərində genişmiqyaslı yanğınlar başlandı. Şəhər uzun müddət davam edən quraqlıq səbəbindən alovlarla əhatə olundu. Regionda fövqəladə vəziyyət elan edilib və sakinlərə evakuasiya edilmələri tövsiyə olunub. Hazırda zərərçəkənlər və 5 ölüm halı məlumdur.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Los-Ancelesdəki məşhurların əksəriyyəti də bu hadisədən zərər görüb. Bir çox məşhurun evləri yanğında ciddi zərər görüb və ya tamamilə yanıb. Belə məşhurlar arasında sosyete ulduzu Peris Hilton, aktyorlar Entoni Hopkins, Adam Brodi və digərləri yer alır.

Peris Hilton Instagram hesabında evinin tamamilə yanıb kül olduğunu bildirib. Xoşbəxtlikdən o və ailəsi hadisə vaxtı təhlükəsiz yerdə olub və zərər görməyiblər. Ancaq bu itki ona ağır başa gəlib, çünki ev ilə bağlı çoxlu gözəl xatirələr var. Hilton, həmçinin yanğın qurbanlarına kömək etməyi planlaşdırdığını bildirib.

"Ürəyimin parçalanmağı sözlərlə ifadə edilə bilməz. Ailənlə birlikdə oturub xəbərləri izləyirsən və Malibudakı evinizin tamamilə yandığını görürsən – bunu heç kəsin yaşamasını istəmərəm. Bu evlə bağlı bizim çox qiymətli xatirələrimiz var. Burada Feniks (oğlu) ilk addımlarını atıb və biz Londa (qızım) ilə həyatda ən gözəl xatirələri qurmağı arzulayırdıq. İtki ağır olsa da, ailəm və ev heyvanlarımın təhlükəsizliyi üçün şükr edirəm. Ürəyim hələ də çətin vəziyyətdə olanlar və böyük itkilərlə üzləşənlərə görə ağrıyır. Bir çox insanın bu gün evini itirmiş olduğunu bilmək, həqiqətən ürəyimizi parçalayır", – Peris Hilton yazıb.

Başqa bir məşhur aktrisa - Mendi Mur da evini itirib. "Yaddaşda qalan gəzinti" və "Şahzadə gündəliyi" kimi filmlərlə tanınan aktrisa, 8 yanvarda yanmamışdan öncə evindən çıxıb. O, hadisəni qeyd edərək bu yazını paylaşıb: "Altadena, səni çox sevirəm. Şükür eləyirəm ki, ailəm və ev heyvanlarımla birgə vaxtında evdən çıxa bilmişik (dostlarımıza da çox təşəkkür edirəm ki, bizi və əşyalarımızı da götürdülər). Düzünü desəm, başına fəlakət gələn hər kəsə, xüsusən də ailəmə görə şokdayam və ürəyim ağrıyır. Uşaqlarımın məktəbi məhv olub, sevimli restoranlarımız da yanıb. Bir çox dostlarımız və yaxınlarımızsa hər şeyini itirdi. Cəmiyyətimiz sarsılıb, amma biz bir yerdə olacaq və onu bərpa edəcəyik. Bütün zərərçəkənlərin və hadisəni idarə etməyə çalışanların kədərinə şərikəm", –Mendi Mur yazıb.

Yanğının aktor Entoni Hopkinsin Pacific Palisadesdəki evini də məhv etdiyi bildirilir. Yanğın "Hannibal", "Bir həyat", "Atam" kimi filmlərlə məşhur olan ulduzun 6 milyon dollar dəyərində olan malikanəsini məhv edib. Evinin yalnız xarabalıqları qalıb.

Oscar mükafatı qazanan Hopkins üç il əvvəl Los-Ancelesin elit bölgəsində bu evi almışdı. Evində 4 yataq otağı və 5 hamam var idi. Təqdim olunan ilkin məlumata görə, aktyor və onun ailəsi zərər görməyib.

Associated Press-in məlumatına görə, eyni zamanda aktyor Bill Kristal və həyat yoldaşı Cenis də evlərini itirib. Kristal "İnsan hissləri" və "Çıxış yolu yoxdur" kimi filmlərdən tanınır və bildirib ki, 45 ildir yaşadıqları ev Pacific Palisadesdə yanıb. 

"Krislə mən 1979-cu ildən bəri bu evdə yaşadıq. Burada uşaqlarımızı və nəvələrimizi böyüdük. Hər küncü məhəbbətlə dolu olan evimizdə gözəl xatirələrimiz vardı. Götürüləmsi mümkün olmayan gözəl xatirələr. Ürəyimiz qırılıb, amma uşaqlarımızın və dostlarımızın sevgisi ilə bunu birlikdə adlayacağıq", – deyə Kristal əlavə edib.

Yanğında həmçinin aktyorlar Adam Brodi və Anna Farisin evləri də zərər görüb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri