Lotereyalar haqqında qanuna dəyişikliklər son oxunuşda qəbul edilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclis lotoreyanın qeydiyyata alınması üçün lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) tələb olunmasını son oxunuşda təsdiqləyib.
"Report" xəbər verir ki, bununla bağlı "Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.
Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyulub və III oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















