Icma.az
close
up
RU
Lotu Qulinin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? VİDEO/FOTO

Lotu Qulinin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? VİDEO/FOTO

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keçən il İstanbulda azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı. BAKU.WS Lent.az-a istinadən məlumat verir ki, görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb. Həmin hadisənin təfərrüatına gəldikdə, hadisənin pul üstündə baş verdiyi ehtimal edilir. Mətbuatda qeyd edilib ki, Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkərkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib. Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla birlikdə türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar. Orada hər ikisini vəhşicəsinə döyüblər, Eyvazovun isə qulağını kəsiblər. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb. Bundan sonra Rafiq Masallinski digər azərbaycanlı kriminallarla birləşib qisas almaq niyyətində düşüb. Rafiq məhz İstanbulda ona edilən davada iştirak edən 2 avtoritetin öldürülməsi nail olub. Rafiq Masallinski kimdir? Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı rayonu Qarabağ küçəsində anadan olub. Onun milliyyətcə talış olduğu qeyd edilib. O, gənc yaşlarından müxtəlif cinayətlərə görə dəfələrlə saxlanılıb. Lakin bunlar barəsində elə də geniş məlumat yoxdur. Daha sonra Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. Rafiq Masallinski 2013-cü il fevral ayında keçirilən “sxodka” zamanı “qanuni oğru” adına yiyələnib. Rafiq Eyvazov həmin sxodkada Əlibaba Həmidov (Qoca Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Vaqif Diplomat), Yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxış Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən “tac”landırıb. 2013-cü ilin martın 27-də Rafiq Eyvazov “Bandontel” tərəfindən Bakıda həbs edilib. Onun üzərindən “Makarov” tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini deyib. Rafiq Eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada “opşak”a baxan Ramin Əliyev (Dobri Ramin və yaxud Kriti Ramin)lə dostluq edib. Bunu əks etdirən fotolar var. “Dobri Ramin” isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında “böyük qardaş” kimi tanınıb. (“Dobri Ramin” də dünyasını dəyişib). Həmin dövrlərdə Eyvazovun “Lotu Quli” ilə münasibətləri pisləşməyə başlayıb. Məhz Nadir Səlifov tərəfindən onun oğru adı əlindən alınıb. Lakin bu, uzun çəkməyib, Eyvazovun oğru adı bərpa edilib. Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Lakin tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib. BAKU.WS
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Aprel 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri