Icma.az
close
up
RU
“Lufthansa” aviaşirkətinin pilotlarının əksəriyyəti tətilə hazırlaşırlar

“Lufthansa” aviaşirkətinin pilotlarının əksəriyyəti tətilə hazırlaşırlar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 30 sentyabr, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları tətil etmək üçün səsvermə keçiriblər.

AZƏRTAC xəbər verir ki, pilotların həmkarlar ittifaqı təşkilatı olan “Kokbit Birliyi“nin (Vereinigung Cockpit) məlumatında pensiya təminatı ilə bağlı əmək mübahisəsinin növbəti raundunun da uğursuz olmasından sonra keçirilən səsvermədə “Lufthansa” pilotlarının 90, “Lufthansa Cargo” şirkətinin pilotlarının 95 faizinin iştirak etdiyi bildirilib.

Pilotların böyük əksəriyyəti əmək pensiyası ilə bağlı tələblərini dəstəkləmək üçün işə çıxmamağa razılıq verib. Təşkilatın sədri bu nəticənin üzvlərin həmrəyliyi baxımından güclü siqnal olduğunu ifadə edib. Tətilin konkret vaxtı hələ açıqlanmayıb. Danışıqlar həmkarlar ittifaqının xüsusi komissiyası tərəfindən aparılır. Əvvəlki illərdə olduğu kimi, əgər tətil reallaşarsa “Lufthansa”da xeyli sayda reysin ləğv edilməsi və ya gecikməsi gözlənilir.

Pilotlar təxminən 4800 nəfəri əhatə edən işçi qrupunun pensiya təminatına daha yüksək işəgötürən töhfəsi tələb edirlər. Lakin “Lufthansa” rəhbərliyi şirkətin hazırda sərt qənaət və islahat proqramı həyata keçirdiyini əsas gətirərək əlavə maliyyə imkanlarının olmadığını bildirir. Şirkət rəhbərliyi 2030-cu ilə qədər qısa və orta məsafəli uçuşların yarısının “Lufthansa”dan kənar törəmə müəssisələrdə həyata keçiriləcəyini açıqlayıb. Bu isə həmkarlar ittifaqları tərəfindən kəskin etirazla qarşılanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri