Lui van Qal ÇL in formatına görə UEFA nı tənqid etdi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Niderlandlı məşqçi Lui van Qal Çempionlar Liqasının mövcud formatını tənqid edərək, turnirin təşkilatçısı UEFA-nı yalnız mənfəət barədə düşünməkdə ittiham edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal"a açıqlama verib:
"UEFA-nın ortaya qoyduğu turnir formatı gülüncdür. İndi demək olar ki, hər kəs bu turnirdə iştirak edə bilir. UEFA yalnız pul qazanmaq barədə düşünür – bu, korrupsiyaya bulaşmış bir dünyadır.
Bunun adı "Çempionlar Liqası"dır, elə deyilmi? Bu o deməkdir ki, burada ən yaxşı komandalar mübarizə aparır. Onların arasında səviyyə fərqi daha az olardı, qolların sayı da azalardı. Oyunların daha yüksək səviyyədə keçərdi. Yəni futbol daha keyfiyyətli olardı.
Bundan əlavə, qarşılaşmalrın həddindən artıq çox olması zədələrə gətirib çıxarır. Buna nümunə kimi Xviça Kvaratsxeliyanı (ön çarpaz bağlarının qopması) göstərmək olar. Daha çox oyun – daha çox zədə deməkdir".
Qeyd edək ki, çempionlar Liqasının hazırkı formatına əsasən Liqa mərhələsində 36 komanda mübarizə aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















