Luis de la Fuente Mourinyonun “Real”a gəlişi barədə danışıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniya futbol millisinin baş məşqçisi Luis de la Fuente Joze Mourinyonun “Real Madrid”ə mümkün təyinatı ilə bağlı fikrini açıqlayıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis portuqaliyalı məşqçinin Madrid təmsilçisinə qayıdışını uğurlu variant hesab edir.
De la Fuente klub qərarlarına hörmətlə yanaşdığını bildirib. O, “Real Madrid”in və digər klubların daxili məsələlərindən xəbərdar olmadığını, buna görə də verilən qərarları kənardan dəyərləndirməyin çətin olduğunu deyib.
“Mourinyo möhtəşəm məşqçidir. Onun “Real Madrid”də çox zəngin tarixi var. Bu ideya mənə çox yaxşı görünür”, - deyə De la Fuente bildirib.
Qeyd edək ki, “Benfika”nın baş məşqçisi olan Joze Mourinyonun yayda “Real Madrid”in sükanı arxasına keçə biləcəyi barədə iddialar səsləndirilib. Onun Alvaro Arbeloanın istefasından sonra Madrid klubunu çalışdırmağa əsas namizəd olduğu vurğulanır.
De la Fuente daha əvvəl futbol üzrə İspaniya millisinin qarşıdakı dünya çempionatı üçün heyətinə “Real Madrid”dən heç bir futbolçu dəvət etməməsi ilə də gündəmə gəlib. Bu, Madrid klubunun tarixində ilk belə hal kimi göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 May 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















