Luis Enrike: “Kvara kimi oyunçuya sahib olmaq məşqçi üçün əsl sevincdir”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike komandanın hücumçusu Xviça Kvaratsxeliya haqqında yüksək fikirlər səsləndirib. İspaniyalı mütəxəssis gürcü vingerin həm topla, həm də topsuz oyunda sərgilədiyi ustalığın komanda üçün həlledici olduğunu vurğulayıb.
İdman.Biz xəbər verir ki, Luis Enrike “Kvara”nın fərqli keyfiyyətlərə malik olduğunu qeyd edib.
“Kvara başqa səviyyəli oyunçudur. Biz onunla müqavilə imzalayanda hansı keyfiyyətlərə sahib olduğunu artıq bilirdik. O, həm topla, həm də topsuz özünü çox əmin hiss edir. Belə bir oyunçuya sahib olmaq məşqçi üçün əsl sevincdir”, - deyə baş məşqçi bildirib.
Kvaratsxeliya cari mövsümdə keçirdiyi 42 matçda 16 qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Aprel 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















