Luis Enrike PSJ də çalışdığı dövrdə qarşılaşdığı ən çətin rəqibin adını çəkdi
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Bavariya" mənim PSJ-dəki fəaliyyətim dövründə qarşılaşdığım ən çətin rəqibdir".
Moderator.az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Bavariya"ya qarşı keçirdikləri oyun (5:4) barədə fikirlərini bölüşərkən deyib.
"Bavariya" həm hücumda, həm də müdafiədə güclü tərəflərindən istifadə edərək özünü ən yaxşı kimi göstərdi. Bu, PSJ-də çalışdığım vaxtdan bəri rastlaşdığım ən çətin rəqibdir. "Bavariya" üzərindəki qələbəyə görə çox şadam. Bu inanılmazdır. Əgər uduzsaydıq, bu, ədalətsizlik olmazdı. Belə səviyyəli futbolda hər şeyi detallar həll edir.
Bu, unikal bir futbol matçı idi. Adətən oyunun təkrarına baxmağa üç saat vaxt sərf edirəmsə, bu dəfə beş saat vaxt getdi. Müdafiədə heç bir boşluq yox idi - məhz bu, oyunu möhtəşəm etdi. Harri Keyn və Usman Dembelenin necə müdafiə olunduqlarına baxın. İnanılmazdır! Hər iki komandanı təbrik etməli və bu matçdan həzz almalıyıq", - deyə Luis Enrike bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 01 May 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















