Luis Enrikedən qələbə şərhi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Belə matçlarda emosiyalar yüksək səviyyədə olur. Ona görə də təhlil aparmaq çətindir".
QOL.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında "Arsenal"la keçirilən ilk görüşdən sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Londonda 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Stadionda əla atmosfer var idi. Amma biz necə komanda olduğumuzu göstərdik. Komanda ruhu nümayiş etdirdik. PSJ-də belə bir ruhun olması çox gözəldir. Biz öz üslubumuzla oynadıq, çalışdıq və matçın əvvəlində qol vurduq ki, bu da inamımız üçün vacib idi. Bəzən çətin anlar da yaşadıq. Amma bizim də üstün olduğumuz vaxtlar oldu. Hətta ikinci qolu da vura bilərdik".
Xatırladaq ki, komandalar arasında cavab oyunu mayın 7-də Parisdə keçiriləcək.
Baxış sayı:65
Bu xəbər 30 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















