Luis Suares DÇ 2026 dan kənarda qaldı FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Uruqvay futbol millisinin DÇ-2026 üçün heyətində Luis Suares yer almayıb.
İdman.Biz xəbər verir ki, Marselo Byelsanın açıqladığı siyahıda 39 yaşlı hücumçunun adı yoxdur. Bununla da Uruqvayın tarixi bombardiri üçün dünya çempionatına qayıdış ehtimalı reallaşmayıb.
Mediada daha əvvəl Suaresin Uruqvay millisindəki dövrünün 2024-cü ildə Paraqvayla qolsuz heç-heçədən sonra başa çatdığını yazıb.
Paylaşılan heyətdə qapıçılar sırasında Serxio Roçet, Fernando Muslera və Santyaqo Mele yer alıb. Müdafiədə Ronald Arauxo, Xose Mariya Ximenes, Santyaqo Bueno, Sebastyan Kaseres, Matias Olivera, Xoakin Pikerez və Matias Vinya kimi oyunçular çağırılıb.
Yarımmüdafiə xəttində Manuel Uqarte, Rodriqo Bentankur, Federiko Valverde, Nikolas de la Krus, Rodriqo Salasar, Fakundo Pellistri, Maksimiliano Arauxo və Brian Rodriges var.
Hücum xəttində isə Rodriqo Aqirre, Federiko Vinyas və Darvin Nunyes yer alıb.
Qeyd edək ki, Luis Suares Uruqvay millisində 143 oyuna 69 qol vurub və ölkə futbolu tarixinin ən məhsuldar oyunçusu sayılır. O, dörd dünya çempionatında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 31 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















