Luiza Morsinq: İsveç Azərbaycanla ikitərəfli münasibətləri möhkəmləndirməyi hədəfləyir VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveç Azərbaycanla ortaq tarixə söykənərək və investisiya, ticarət, dayanıqlı inkişaf və təhsil kimi sahələrdə əməkdaşlığı inkişaf etdirərək ikitərəfli münasibətlərin möhkəmləndirilməsini davam etdirmək niyyətindədir.
Moderator.az xəbər verir ki, bunu İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Luiza Morsinq "Facebook"dakı videomüraciətində bildirib.
"Mən İsveçin Azərbaycandakı səfiri kimi fəaliyyətə başlamaqdan çox məmnunam. Bakıya yenicə gəlsəm də, artıq özümü bir az evdəki kimi hiss etdirən yer kəşf etmişəm – bura Nobel qardaşlarının Bakıdakı ev-muzeyi olan Villa Petroleadır", - o bildirib.
Diplomat həmçinin qeyd edib ki, Azərbaycanla tanışlığı davam etdirməyi və onun bir çox sakinləri ilə görüşməyi səbirsizliklə gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Sentyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















