Luka Modriç: “20 ildə ilk dəfədir ki, həqiqətən utanıram”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xorvatiya millisinin 41 yaşlı yarımmüdafiəçisi Luka Modriç UEFA Millətlər Liqasının üçüncü turunda İngiltərəyə 0:7 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz “Index”ə istinadən xəbər verir ki, Modriç komandanın meydanda mübarizə aparmamasından narazılığını bildirib və milli formada keçirdiyi 20 il ərzində ilk dəfə belə hisslər yaşadığını deyib.
“Heç bir təkrar mübarizə, heç bir aqressivlik, heç bir foul, heç bir birlik yox idi. Mən artıq 20 ildir ki, milli komandayam və deməliyəm ki, oyundan sonra ilk dəfədir utanıram. Uduzmaq olar, onlar daha güclüdürlər, lakin belə tərzdə uduzmaq və nüfuzunu ləkələmək yolverilməzdir”, – deyə Modriç bildirib.
Xorvatiyalı futbolçu komandanın belə nəticədən sonra bir-birini günahlandırmamalı olduğunu da vurğulayıb: “Son 20 ildə ilk dəfədir ki, həqiqətən utanıram. Biz bir-birimizi günahlandırmamalıyıq, həmişə olduğu kimi birlikdə olmalıyıq”.
Modriç 0:7 hesablı məğlubiyyətin yaratdığı hissin digər ağır məğlubiyyətlərdən fərqləndiyini qeyd edib: “Biz böyük hesabla uduzmuşduq, lakin belə oyundan sonra yaranan hiss tamamilə başqadır. Mən heç vaxt belə bir şey yaşamamışdım. Üzr istəyirəm”.
Baxış sayı:126
Bu xəbər 04 Oktyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















