Icma.az
close
up
RU
“Lukaşenko Avropa ilə separat danışıqlar aparır” “Minsk özünün siyasi təcridinə son qoymaq istəyir”

“Lukaşenko Avropa ilə separat danışıqlar aparır” “Minsk özünün siyasi təcridinə son qoymaq istəyir”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko öz diplomatlarına Avropa ilə əlaqələri bərpa etməyi tapşırıb.

“AzPolitika” xəbər verir ki, Avropa diplomatik mənbələrinin “Reuters” agentliyinə bildirdiyinə görə, Belarus 2020-ci ildən bəri ölkənin üzləşdiyi siyasi təcrid vəziyyətinə son qoymaq üçün Avropa Birliyi ölkələri ilə normallaşdırma danışıqları təklif edib. Onların sözlərinə görə, sentyabrın sonlarında Belarusun Parisdəki səfirliyi bir neçə ölkənin missiyalarına bu ölkənin Vatikandakı səfiri Yuri Ambrazeviçlə görüşmək xahişi ilə elektron məktublar göndərib. Elektron məktublarda onun Qərbi Avropada Belarus diplomatik əlaqələrinin koordinasiyasına qeyri-rəsmi cavabdeh olduğu qeyd edilib.

Bir neçə avropalı diplomat görüşə razılıq verib. Onlardan birinə görə, Ambrazeviç çatdırmağa çalışıb ki, Minsk özünün siyasi təcridinə son qoymaq istəyir və Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin həllinə, həmçinin Avropanın təhlükəsizliyinə dair mümkün gələcək danışıqlara kömək edə bilər.

Belarus səfirliyi “Reuters”-ə görüşlərin keçirilməsi üçün elektron məktublar göndərdiyini təsdiqləyib və bunun "standart diplomatik təcrübə" olduğunu vurğulayıb.

Mənbələrdən biri qeyd edib ki, Minsk ABŞ Prezidenti Donald Trampın sanksiyaların ləğvi üçün təklif etdiyi fürsəti hiss edib və bu fürsətdən istifadə etmək qərarına gəlib: "Onlar deyirlər ki, münaqişənin genişlənməsini istəmirlər, ona görə də indi digər ölkələrlə açıq müzakirə aparmaq və Rusiya ilə fikir ayrılıqlarını vurğulamaq istəyirlər".

Bu arada Belarus səfirinin xahişini qəbul edən üçüncü diplomat Minskin bu addımına şübhə ilə yanaşdığını bildirib. O qeyd edib ki, Lukaşenko Rusiya Prezidenti Vladimir Putini dəstəkləməkdə davam edir və bu yaxınlarda siyasi məhbusların azad edilməsindən sonra o, daha çox müxalifətçini həbs edib. Bu arada Amerika rəsmiləri Belarusun Moskvanın orbitindən çıxarılmasına qismən də olsa nail olacaqlarına ümid edirlər, “Reuters” xəbər verir.

ABŞ Belarusla münasibətləri Donald Trampın Ağ Evə qayıtmasından sonra düzəltməyə başlayıb. Sentyabrda Vaşinqton Belavia Hava Yollarına qarşı sanksiyaları ləğv edib. Bu, 52 siyasi məhbusun azad edilməsindən sonra baş verib. Bu fonda Lukaşenko Trampa “böyük sövdələşmə” təklif edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri