Lukaşenko: “Diktator deyiləm, o dövr çoxdan geridə qalıb”
Icma.az, Olke.az saytına istinadən bildirir.
“Diktator deyiləm, artıq diktator adlandırıldığım dövr çoxdan geridə qalıb”.
Ölkə.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində deyib.
“O vaxt keçib. Bəli, mən Avropa liderləri ilə, o cümlədən aparıcı liderlərlə görüşmürəm, amma onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa əlaqə saxlayıram, necə ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronla olduğu kimi”, - A.Lukaşenko vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Avropa liderlərindən heç biri onu diktator adlandırmır, çünki bu, gülünc görünür.
A.Lukaşenko özünü diktator saymır, çünki öz iradəsini kiməsə qəbul etdirmək üçün resursları yoxdur.
Belarus lideri “Əl-Ərəbiyyə” əməkdaşları ilə söhbət zamanı “Avropanın sonuncu diktatoru” ləqəbini qazanmış siyasətçi ilə müsahibə apardığına sevinməyə çağırıb.
Mürtəza
Baxış sayı:111
Bu xəbər 16 İyun 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















