Lukaşenko Ermənistanı Aİ ilə bağlı tələsməməyə çağırıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan öz məhsullarının ixracı ilə bağlı Avropa İttifaqına daxil olmağın nəticələrini qiymətləndirməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avropa İttifaqına inteqrasiyasının perspektivlərini şərh edərkən bildirib.
Lukaşenkonun fikrincə, İrəvan Aİ-yə qoşulmazdan əvvəl erməni konyakını, tərəvəz və meyvələrini hansı bazarlarda sata biləcəyini anlamalıdır.
O qeyd edib ki, Ermənistan ölkənin iqtisadi maraqları və milli məhsulların satış imkanları nəzərə alınmaqla gələcək xarici siyasət kursu barədə qərar qəbul etməlidir.
“Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, niyə tələsirsiniz? Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə, onda yaxşı, davam edin. Niyə tələsirsiniz?”, - Belarus dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Ermənistan 2025-ci ildə qanunvericiliklə Avropa İttifaqına daxil olma prosesinin başlandığını elan edib, lakin ölkə Aİ-yə üzv olmaq üçün rəsmi ərizə təqdim etməyib. Eyni zamanda, respublika Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır və fərqli gömrük və tənzimləmə qaydalarına görə Aİİ və Aİ-yə tam üzvlüyü birləşdirmək demək olar ki, mümkün deyil. Ermənistan parlamenti Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanunu təsdiqləyib və Prezident Vaaqn Xaçaturyan bunu imzalayıb. Baş nazir Nikol Paşinyan qeyd edib ki, qanunun özü avtomatik olaraq üzvlük demək deyil, bunun üçün rəsmi ərizə, danışıqlar, Aİ ölkələrinin razılığı və Ermənistanda referendum tələb olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















