Icma.az
close
up
RU
Lukaşenko ilə bağlı zarafatına görə tanınmış yumor ustası 6 il müddətinə azadlıqdan məhrum edilib

Lukaşenko ilə bağlı zarafatına görə tanınmış yumor ustası 6 il müddətinə azadlıqdan məhrum edilib

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Yumor ustası dəfələrlə 2020-ci il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını bəyan edib və müxalifət və etirazçılara qarşı zorakılığı pisləyib..."

Minsk Şəhər Məhkəməsi yumor ustası Vyaçeslav Komissarenkonu qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Moderator.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yumor ustası Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı təhqir və böhtanla bağlı ittiham edilir.

O cümlədən, yumor ustası Belarus Respublikası CM-in 130-cu maddə (irqi, milli, dini və ya digər sosial düşmənçiliyin və ya ixtilafın qızışdırılması), 367-ci maddənin 2-ci hissəsi (Belarus prezidentinə böhtan atılması), 368-ci maddənin 1-ci hissəsi (prezidentin təhqir edilməsi) maddələri ilə təqsirli bilinib.

Minsk Şəhər Məhkəməsi Vyaçeslav Komissarenkonu cəzasını ümumi rejmli islah koloniyasında çəkməklə altı il müddətində azadlıqdan məhrum edib. Cinayət işinin açılması barədə bu ilin avqust ayında Belarus İstintaq Komitəsi məlumat verib.

Slava Komissarenko tanınmış belorus yumor ustasıdır. O, 2020-ci il prezident seçkilərində dəfələrlə seçkilərin nəticələrinin saxtalaşdırılmasl barədə bəyan edib və güc strukturları tərəfindən müxalifətə və etirazçılara qarşı zorakılığı pisləyib.

Bundan başqa, Komissarenko Aleksandr Lukaşenko barədə satirik monoloqları ilə tanınır. O cümlədən o, Belarus prezidentini "çık-çırık" adlandırıb.

2021-ci ilin əvvəlində Komissarenkoya vətənində çıxış etmək qadağan edilib, bundan sonra o, Rusiyaya gedib. 2022- ci ilin yanvarında artist bəyan edib ki, Belarus DTK-sı tərəfindən axtarışa verildiyindən həbs olunmasından ehtiyat edərək Rusiyadan gedib.

Kiyevdə çıxışı zamanı o, Belarus xüsusi xidmət orqanları tərəfindən təqib olunduğu və Rusiya pasportu əldə etməsinə rəğmən, Moskvada oğurlanıb Minskə aparılacağından ehtiyat etdiyindən danışıb.

Vyaçeslav Komissarenko Rusiyanın THT telekanalında o cümlədən "Qaydasız gülüş", "Kamedi battl", "Stendap", "Açıq mikrofon" və s. bir neçə layihələrdə iştirakı sayəsində geniş populyarlıq qazanıb. Yanvar-may aylarında artistin Avropada böyük qastrolları gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Dekabr 2024 02:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri