Icma.az
close
up
RU
Lukaşenko Kim Çen Inı təbrik edərək KXDR ə səfər etmək istədiyini bildirib

Lukaşenko Kim Çen Inı təbrik edərək KXDR ə səfər etmək istədiyini bildirib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı Koreya Xalq Demokratik Respublikasının Vətəndaşlıq Günü münasibətilə təbrik edib və yaxın vaxtlarda ölkəsinə səfər etməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat verib.

“Bu yaxınlarda Pekində keçirilən görüşümüzü hərarətlə xatırlayıram. Dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün hər iki tərəf üçün əlverişli olan ən yaxın vaxtda ölkənizə səfər etməyə hazır olduğumu bildirmək istəyirəm. Ümidvaram ki, Belarus-Koreya əməkdaşlığı, həmçinin beynəlxalq təşkilatlarda birgə fəaliyyətimiz hər iki xalqa fayda verəcək, etimadın və qarşılıqlı anlaşmanın artmasına töhfə verəcək”, - deyə Belarus prezidenti qeyd edib.

Lukaşenko bildirib ki, 1948-ci ildə suveren dövlət elan edildikdən sonra KXDR çoxsaylı sınaqlardan keçib və bu, yalnız ölkə xalqının ruhunu gücləndirib, eləcə də ona öz subyektivliyini, həmçinin unikal kimliyini qoruyub saxlamağa imkan verib. Belarus lideri Minsk və Pxenyan arasında münasibətlərin inkişaf tarixinin dostluq prinsiplərinə, bərabərhüquqlu dialoq istəyinə, mənəvi və mədəni dəyərlərin oxşarlığına əsaslanan dinc qarşılıqlı fəaliyyət nümunəsi olduğunu da vurğulayıb.

Lukaşenko Kim Çen Ina möhkəm cansağlığı və yeni nailiyyətlər, KXDR vətəndaşlarına isə sülh və firavanlıq arzulayıb.

Sentyabrın 3-də Çin paytaxtında parad başlamazdan əvvəl Belarus prezidenti KXDR lideri ilə danışıb və o, Belarus dövlətinin başçısını əlverişli vaxtda ölkəsinə səfərə dəvət edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri