Lukaşenko: Rusiya avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Rusiya heç vaxt avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək”.
APA xəbər verir ki, bunu ABŞ-dən olan bloqer Mario Naufala müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O deyib ki, bu faktor həm də Almaniya və Fransanın son dərəcə aqressiv mövqeyi ilə əlaqədardır:
“Hazırda Rusiyanın mövqeyi bundan ibarətdir. Rəsmi Moskva Ukrayna ərazisində hər hansı sülhməramlıların olmasına qarşıdır”.
Qeyd edək ki, fevralın 24-də ABŞ Prezidenti Donald Tramp Kreml rəhbərinin ona Ukrayna ərazisində Avropadan olan sülhməramlı kontingentin gətirilməsində problem olmadığını bildirməsi haqqında fikirlər səsləndirib.
Bundan sonra Kremlin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbərinin sözlərini təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















