Icma.az
close
up
RU
Lukaşenko Trampın niyə indiyədək Ukrayna müharibəsini bitirmədiyini izah etdi

Lukaşenko Trampın niyə indiyədək Ukrayna müharibəsini bitirmədiyini izah etdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əgər Ukraynadakı müharibənin bitməsi yalnız ABŞ prezidenti Donald Trampdan asılı olsaydı, bu, çoxdan başa çatardı. 

Qaynarinfo xəbər verir ki, bunu Belarusun rəhbəri Aleksandr Lukaşenko "Newsmax” kanalına müsahibəsində deyib.

Eyni zamanda o bildirib ki, ABŞ-dan və onun liderindən çox şey asılıdır.

"Əgər bu məsələ yalnız Trampdan asılı olsaydı, müharibə çoxdan bitmişdi. Burada iki münaqişə tərəfi var – Rusiya və Ukrayna. Üstəlik, bizi də bu prosesə cəlb ediblər – Belarusu. Biz bu münaqişə ilə sərhədik və hadisələrin necə inkişaf edəcəyi, necə başa çatacağına biz də laqeyd deyilik. Ona görə də bu, çoxtərəfli bir prosesdir. Təkcə Tramp bu məsələni həll edə bilməz”, – deyə Belarus rəhbəri bildirib.

O ehtimal edib ki, əgər Tramp prezident olsaydı, ümumiyyətlə müharibə baş verməzdi, çünki guya Amerika lideri "bu prosesdə kənarda dayanmazdı”.

"Amma baş verən baş verdi. İndi isə çox şey Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır. Çox şey. Əsas məsələ Trampın bu mövqedən geri çəkilməməsidir”, – Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putin də, Ukrayna prezidenti Volodimir Zelenski də sülh istəyir, lakin "müharibənin necə başa çatmalı olduğu barədə baxışları fərqlidir”.

"Əgər bu münaqişə davam edərsə və eskalasiya sürərsə, bu, Avropa və bütün dünya üçün çox ağır nəticələnə bilər. Bu, mütləq hansısa qlobal münaqişəyə çevriləcək. Ona görə də bunu indi söndürmək lazımdır. İndi, heç vaxt olmadığı qədər, belə bir imkan var – amerikalılar bu məsələyə ciddi şəkildə qoşulublar”, – Belarus rəhbəri deyib.

Xatırladaq ki, Lukaşenko bu yaxınlarda sülh danışıqları ilə bağlı da açıqlama verib. O bildirib ki, Ukrayna ABŞ və Rusiya tərəfindən hazırlanmış "sülh planı” ilə razılaşmalıdır. O, həmçinin iddia edib ki, əks halda Ukrayna "ölkəni tamamilə itirəcək”.

Bundan əlavə, o, Putinə Ukraynadakı müharibə ilə bağlı danışıqlarda vasitəçilik təklif edərək "Minsk-3” ideyasını irəli sürüb – 2014–2015-ci illərdə olduğu kimi. O, eyni zamanda Qərbin onu Kreml ilə əməkdaşlığa görə qınamasından da şikayətlənib.

"Ukrayna məsələsinə gəlincə, bizi tez-tez qınayırlar… Bilirsiniz, biz həm Qərblə, həm də amerikalılarla dialoq aparırıq. Onlar bu barədə danışmağa başlayanda mən onlara sual verirəm: "Məgər bilmirdiniz ki, biz sadəcə yaxın insanlar deyilik? Bizim hüquqi cəhətdən əsaslandırılmış addımlarımız var. Biz müttəfiqik”, – deyə o bildirib.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri