Lükə düşən uşaqla bağlı Açıqlama
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün “Mərkəzi Park”da 2 yaşlı uşaq açıq qalan kanalizasiya quyusuna düşüb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) “Qafqazinfo”nun sorğusuna verilən cavabda deyilir:
“Bizdə olan məlumata görə, hadisə ilə bağlı öncə parkın nəzarətçisinə müraciət olunub, nəzarətçi gəlib həmin quyuya baxanda məlum olub ki, qapaq yerindədir.
Daha sonra müvafiq rayon sukanal idarəsinin əməkdaşları da həmin əraziyə baxış keçiriblər, onlar da qapağı quyunun üstündə, yəni müvafiq yerində olduğunu görüblər. Onu da diqqətinizə çatdıraq ki, plastik və dəmir qapaqların naməlum şəxslər tərəfindən çıxarılaraq itirildiyi hallar da baş verir, ancaq bu dəfə qapağın yerində olduğu müəyyənləşib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 01 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















