Icma.az
close
up
RU
“Lukoil”: Yağan yağışlar nəticəsində benzinə su qarışıb

“Lukoil”: Yağan yağışlar nəticəsində benzinə su qarışıb

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir neçə gün öncə QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində yaranan vəziyyətə münasibət bildirib.

Globalinfo.az Pravda.az-ya istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu, “Azadlıq” prospektində yerləşən 19 saylı yanacaqdoldurma məntəqəsində baş verən xoşagəlməz halın dekabrın 18-də qeydə alındığı bildirilib.

“Hazırda müvafiq komissiya yaradılıb, araşdırma aparılır. İlkin ehtimal bundan ibarətdir, son günlər yağan intensiv yağışlar fəsadlar törədib, Aİ-95 markalı benzinin olduğu çənə qurunt suları dolub. Operatorların ya təcrübəsizliklərindən, ya da diqqətsizliklərindən çəndəki benzin sonadək istifadə edilib. Bunun da səbəbi həmin dövrdə yeni benzinin gəlməməsi olub. Doğrudan da, avtomobillərin çənlərinə vurulan benzində su qarışımı olub. Müştərilərimizin belə bir halla qarşılaşdıqlarına görə təəssüf hissi keçirik. Ölkədə 30 ildir, fəaliyyət göstəririk, bu hadisə ilkdir. Hansı müştərimizə ziyan dəyibsə, şirkətin gəlirləri hesabına ödənilir və bu, davam etməkdədir. Hazırda 20 sürücüyə kompensasiya ödənilib. Məbləğ isə servisdən verilən sənədlər əsasında müəyyənləşdirilir”, – məlumatda qeyd olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn Oxu.az-a açıqlamasında deyib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur”.

O qeyd edib ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

“Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 “Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər” və AZS 934:2023 “Dizel yanacağı Avro. Texniki şərtlər” dövlət standartlarında əks olunub.

Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur.

Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir. Eyni zamanda yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur”, – deyə qurum rəsmisi bildirib.

G.Hüseyn vurğulayıb ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə ölçmə vasitələrinin üzərində yoxlama nişanının olmasını və ya ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Məlumat üçün bildirək ki, cari ilin 11 ayı ərzində vətəndaşlardan yanacağın keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan 7 müraciətdən 1-i təmin olunub, 1 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 2 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.

Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı dəqiq faktlar (sübutlar) Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, – deyə G.Hüseyn qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri