“Lukoil”un beynəlxalq aktivləri ABŞ şirkətləri arasında bölüşdürülə bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu Rusiyanın “Lukoil” şirkətinin beynəlxalq aktivlərinin bölüşdürülməsi ilə bağlı saziş bağlamağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkətlərin təklifi “Lukoil”un bütün xarici portfelini əhatə edir. “Quantum” və “Chevron” uzunmüddətli perspektivdə ümumilikdə 22 milyard dollar dəyərində aktivlərə sahib olmağı hədəfləyir. Bu yanaşmanın ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən müsbət qarşılandığı bildirilib.
Xatırladaq ki, oktyabrda ABŞ və Böyük Britaniya “Lukoil”u sanksiya siyahılarına daxil edib. Bundan sonra şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Yanvar 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















