“Lukoyl” sanksiyalara görə xarici aktivlərini satacaq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ və Aİ-nin şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Lukoyl” məlumat yayıb.
“Lukoil” elan edir ki, bəzi ölkələr tərəfindən şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar şirkət beynəlxalq aktivlərini satmaq niyyətini elan edir. Potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın ortalarında ABŞ, Aİ və Böyük Britaniya Rusiya neftinin ən böyük ixracatçıları olan “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar elan ediblər. Məhdudiyyətlər həm şirkətlərin özlərinə, həm də onların 34 törəmə müəssisəsinə tətbiq edilib. Əgər bu hüquqi şəxslərə qarşı tərəflər bir ay ərzində əməliyyatlarını dayandırmasalar, onları ABŞ-nin ikinci dərəcəli sanksiyaları gözləyir.
“Rosneft” və “Lukoyl”a qarşı Qərbin sanksiyalarından sonra Çinin dövlət neft şirkətləri Rusiya neftinin alışını dayandırıblar, sənaye mənbələri “Reuters” agentliyinə bildiriblər.
Bu mövzuda digər xəbərlər:Lukoyl Azərbaycandakı aktivlərini sata bilər
24 Oktyabr 2025 11:24
"Lukoyl" xarici aktivlərini satmağı planlaşdırır
27 Oktyabr 2025 23:27
“Lukoyl”un rəhbəri dəyişdi
14 Yanvar 2025 16:31
Ukrayna “Lukoyl” terminalına hücum etdi
13 Dekabr 2024 15:44
“Lukoyl”in xalis mənfəəti 27% azalıb
26 Mart 2025 15:59
Baxış sayı:60
Bu xəbər 27 Oktyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















