Lüks avtomobil arzusu yarımçıq qaldı
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İstanbulda yağan güclü leysan və baş verən sel daha bir insanın böyük maddi zərərlə üzləşməsinə səbəb olub.
“Cebheinfo.az” xəbər verir ki, atasının Çanaqqalanın Çan rayonundakı torpaq sahəsini sataraq özünə 4 milyon 500 min Türkiyə lirəsi dəyərində (təxminən 154 350 Azərbaycan manatı) lüks avtomobil alan şəxs sel suları çəkildikdən sonra maşınının yararsız hala düşdüyünü görüb.
Sel sularının çəkilməsindən sonra lüks avtomobilin yararsız vəziyyətə düşdüyünü əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
İstifadəçilər paylaşılan videonun altında minlərlə şərh yazıblar. Şərhlər arasında “Yəqin ki, kaskosu var”, “Torpaq satıb maşın almaq olmaz” və “Dünya malına güvənmə, bir qığılcım bəs edər” kimi fikirlər diqqət çəkib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















